Arvadını döyüb xəstəxanalıq etdi, orada da dinc durmadı

Arvadını döyüb xəstəxanalıq etdi, orada da dinc durmadı

Goranboy Rayon Mərkəzi Xəstəxanasında ictimai asayişi pozan şəxs inzibati məsuliyyətə cəlb edilib.

Mayın 10-u Goranboy rayon Veyisli qəsəbə sakini S.Hüseynova həyat yoldaşı, Kəlbəcər rayon sakini 33 yaşlı Habil Həsənov tərəfindən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya müraciət edib.

H. Həsənov daha sonra arvadının ardınca xəstəxanaya gedərək onunla yenidən münaqişə yaratmağa başlayıb. Bu zaman o, polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb. Barəsində inzibati protokol tərtib edilən H.Həsənov məhkəmənin qərarı ilə 200 manat cərimə edilib.

Qadının döyülməsi faktı ilə əlaqədar araşdırmalar isə davam etdirilir.

Mənbə: qafqazinfo.az