Bakının Yasamal rayonunda sakinlər böyük problemlə üzləşiblər. Bu barədə rayon sakinləri "Baku.ws"in "qaynar xətti"nə verilən məlumata görə, Yasamal rayonu M.H.Şəhriyar küçəsində yeni tikinti gedən ərazidə hündür ağac əyilib. Nəticədə yol bağlanıb və sakinlərin həyatı üçün təhlükəli vəziyyət yaranıb. Dəfələrlə bu barədə lazımı qurumlara məlumat verilsə də, bu barədə ölçü götürülməyib.
Məsələ ilə bağlı rayon icra hakimiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edildi. Bildirildi ki, vətəndaşlar bununla bağlı rayon ərazisində bələdiyyəyə müraciət etməlidirlər. Bələdiyyə də öz növbəsində Yaşıllaşdırma İdarəsinə məktub göndərməli və problemin həlli ilə bağlı müraciət etməlidir. Hər iki qurumdan bildirildi ki, yaxın günlərdə problem mütləq həllini tapacaq.
Mənbə: avtosfer.az