Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov axtarışa verilməsi ilə bağlı yayılan elana münasibət bildirib.
O, bu haqda instaqram hesabında açıqlama verib.
Hüseyn vergi borcunun olmadığını deyib:
“Bəli, yüksək səslənir – “qiyabi həbs”, amma əslində hər şey o qədər də dramatik deyil. Keçən il bütün vergi məsələləri bağlanmışdı”.
O əlavə edib ki, artıq vəkilləri məsələ ilə bağlı işləyirlər.
Mənbə: qafqazinfo.az