Xəbər verdiyimiz kimi, Gürcüstanda aprelin əvvəlindən itkin düşən həmyerlimiz Aytac Məmmədovanın meyiti Tbilisidə Kür çayına düşən avtomobilin içərisindən tapılıb.
Xilasedicilər axtarış əməliyyatı zamanı Kürdən daha 2 nəfərin meyitini aşkar edərək çıxarıb.
Bildirilib ki, mayın 14-də içərisində 4 nəfər olan avtomobil qəzaya uğrayaraq Kür çayına düşüb. Hadisə zamanı onlardan biri avtomobildən özünü ataraq xilas ola bilib.
Hazırda digər bir şəxsin axtarışları davam etdirilir.
Qeyd olunub ki, axtarış zamanı çaya düşən avtomobil də tapılıb. Axtarış əməliyyatı üçün isə Kürdə suyun səviyyəsinin endirildiyi də vurğulanıb.
Mənbə: qafqazinfo.az