Türkiyənin Konya şəhərində 5,2 maqnitudalı zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, zəlzələ paytaxt Ankara və ətraf bölgələrdə də hiss edilib.
Mənbə: qafqazinfo.az