Qətl törədilmiş şəhid ailəsində daha bir - Ağır itki

Qətl törədilmiş şəhid ailəsində daha bir -

Şəhid kapitan Saleh Qurbanovun atası, Xızı rayonu Giləzi qəsəbə sakini Möhübbət Qurbanov vəfat edib.

Şəhidin atası 64 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Saleh Qurbanov 14 aprel 1990-cı ildə anadan olub. Vətən müharibəsindəki şücaətlərinə görə “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. Prezidentin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

S. Qurbanovun şəhid olmasından sonra onun həyat yoldaşı Ləman Qurbanova ailədaxili münaqişə zəminində qaynı Taleh Qurbanov tərəfindən qətlə yetirilib. Məhkəmənin hökmü ilə şəhidin qardaşına bu ilin mart ayında 17 il həbs cəzası verilib.

Mənbə: qafqazinfo.az