Abşeron rayonu, Masazır qəsəbəsində açıq ərazidə yanğın başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***23:12
Abşeron rayonunda güclü yanğın başlayıb.
Oxu.az-a istinadən xəbər verilir ki, hadisə rayonun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.
Yanğın qısa müddətdə onlarla hektar ərazini əhatə edib. Yanğın Saray və Novxanı qəsəbələrində yaşayış evlərinə yaxınlaşmaq üzrədir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür. Yanğının yaşayış məntəqəsinə keçməməsi üçün səylər göstərilir.
Mənbə: unikal.az