Sosial şəbəkələrdə Azərbaycanda həkimin 32 saat fasiləsiz davam edən və tibbdə nadir sayılan “Gigant beyin arteriovenoz malformasiya” əməliyyatını uğurla tamamladıqdan sonrakı halını əks etdirən foto yayılıb.
Onun beyin cərrahı, doktor Pərvin Mirzəliyev olduğu anlaşılıb.
Məlum olub ki, həkim ağır və riskli cərrahi müdaxilədən sonra yorğunluqdan yerə yıxılıb. O, həmin anı əks etdirən fotonu da öz "Instagram" hesabında paylaşıb: “Ölüb-ölüb diriltdiklərim, əməliyyatın sonu – Zəfər!”
Mənbə: publika.az