Futbol dünyasının ən tanınmış agentlərindən biri olan 75 yaşlı Conatan Barnettə qarşı ağır ittihamlar irəli sürülüb.
Onun barəsində insan alveri, işgəncə və təcavüz kimi cinayətlərlə bağlı iddialar var. Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
İddiaçı qadının sözlərinə görə, Barnett onu 2017-ci ildə Avstraliyadan Böyük Britaniyaya guya humanitar yardım vədləri ilə gətirib. Lakin o, burada 6 il müddətində azadlıqdan məhrum edilib, dəfələrlə təcavüzə məruz qalıb və özü ilə yanaşı, övladlarının da həyatı ilə təhdid edilib.
Zərərçəkən qadın bildirib ki, bu müddət ərzində təcrid şəraitində saxlanılıb, su, qida və gigiyenik vasitələrdən məhrum edilib, fiziki zorakılığa məruz qalıb.
Qadın həmçinin Barnettin agentliyi ilə 2019-cu ildə birləşən "Creative Artists Agency" (CAA) şirkətini də bu işdə şəriklikdə ittiham edir. Onun sözlərinə görə, CAA onun yaşayış və saxlanması üçün maliyyə ayırıb və buna görə də baş verənlərdən xəbərdar olmalı idi. Agentlik isə bildirib ki, bu ittihamlardan yalnız 2024-cü ilin yanvarında xəbərdar olub və həmin vaxtdan sonra Barnett şirkətdən ayrılıb.
Heybət
Mənbə: publika.az