Pakistanın Lahor şəhərində şir bir qadına və iki uşağına hücum edib.
Bu barədə “Associated Press”ə istinadən xəbər verilir.
Yayılan kadrlarda fermada saxlanılan şirin hasardan tullanaraq insanlara necə hücum etdiyi əks olunub.
Polisin verdiyi məlumata görə, zərərçəkən qadın, eləcə də 5 və 7 yaşlı uşaqlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti normal olsa da, üz və qollarında xəsarətlər var.
O da qeyd olunub ki, şir müsadirə edilib və vəhşi təbiət parkına göndərilib.
Həmçinin şirin sahibi 3 nəfər həbs edilib.
Görüntüləri təqdim edirik:
Mənbə: qafqazinfo.az