Ağstafada bədbəxt hadisə baş verib.
Hadisə rayonun Qırılı kəndində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Ş. İsmayılova yaşadığı evdə pəncərəni təmizləyən zaman yıxılıb. Gənc qadın hadisə yerində ölüb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, ötən ay ailənin azyaşlı övladı - 2024-cü il təvəllüdlü N. İsmayılova qəfil ölüb. Ötən ilin avqust ayında isə İsmayılovların övladları 2022-ci il təvəllüdlü G. İsmayılzadə qıc olma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsi zamanı G. İsmayılzadənin öldüyü məlum olub.
Xatırladaq ki, bu ailə baba və nənənin faciəvi ölümü ilə də diqqət çəkib. 2024-cü il sentyabrın 8-də Qırılı kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalaraq ölüblər. Ş. İsmayılova Füzuli və Xatirə İsmayılovların gəlini olub.
Mənbə: axar.az