Putin onu nazir təyin etdi: Andrey Nikitin kimdir?

Putin onu nazir təyin etdi: Andrey Nikitin kimdir?

İyulun 8-də Rusiya Dövlət Duması Andrey Nikitini Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsinə təsdiq edib.

Andrey Nikitin Rusiyanın müasir tarixində doqquzuncu nəqliyyat naziri olacaq.

Andrey Nikitin (1979-cu il təvəllüdlü), Dövlət İdarəetmə Universitetinin məzunu (2001), Stokholm İqtisadiyyat Məktəbinin magistri (Executive MBA) (2007), İqtisad elmləri doktorudur (2018). 2002-ci ildən “Ruskompozit” qrupunda işləyib, 2009-2011-ci illərdə “Ruskompozit” idarəetmə şirkətinin baş direktoru olub.

2011-2017-ci illərdə - Yeni Layihələrin Təşviqi üzrə Strateji Təşəbbüslər Agentliyinin (ASI) baş direktoru kimi çalışıb. 2017-2025-ci illərdə Novqorod vilayətinə rəhbərlik edib. 2025-ci ilin fevralından - nəqliyyat nazirinin müavini olub. 2025-ci il iyulun 8-də Dövlət Duması onun Nəqliyyat Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini yekdilliklə təsdiqləyib.

Tural

Mənbə: publika.az