Ermənistanda xaos: Karapetyanın 10-a yaxın tərəfdarı saxlanıldı

Ermənistanda xaos: Karapetyanın 10-a yaxın tərəfdarı saxlanıldı


Ermənistanda rusiyalı iş adamı Samvel Karapetyanın həbsi ilə yanaşı, tərəfdarlarına qarşı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı əməliyyat keçirilib.

Bu barədə vəkillər Lusine Martirosyan və Tiqran Ayrapetyan məlumat yayıblad.
Martirosyanın sözlərinə görə, 4 iyul tarixində Karapetyanın müdafiəsinə həsr olunmuş aksiyada iştirakda şübhəli bilinən bir sıra şəxslərin mənzillərində, o cümlədən Karapetyanın sahibi olduğu "Ermənistanın Elektrik Şəbəkələri" QSC-nin əməkdaşlarının evlərində axtarış aparılıb. Axtarışlardan dərhal sonra şübhəlilər istintaqa aparılıblar. Vəkil azı 10 nəfərin saxlandığını bildirib. Həbslər təkcə İrəvanda deyil, ölkənin müxtəlif regionlarında da həyata keçirilib.
Vəkil Tiqran Ayrapetyan isə jurnalistlərə bildirib ki, "Ermənistanın Elektrik Şəbəkələri" QSC-nin üç əməkdaşı saxlanılıb. Onlardan biri - şirkətin Musaler filialının baş mühəndisi Ara Avaqyandır. O, İrəvanın "Zeytun" istintaq bölməsinə aparılıb. Vəkilin sözlərinə görə, saxlanılan şəxslərə insanları icbari şəkildə mitinqə cəlb etmə maddəsi üzrə ittiham irəli sürülüb.

Mənbə: www.bakupost.az