İtkin düşən şəxsin axtarışı ilə bağlı Biləsuvarda kanala suyun verilməsi dayandırıldı

İtkin düşən şəxsin axtarışı ilə bağlı Biləsuvarda kanala suyun verilməsi dayandırıldı

Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılıb.

Bunun səbəbi itkin düşən şəxsin axtarışı ilə bağlıdır. Hələlik həmin şəxsin adı açıqlanmayıb.

Bir neçə günə suyun kanala verilməsi gözlənilir.

Qeyd edək ki, bir neçə gündür Cənubi-Muğan kanalının Biləsuvar hissəsində su quruyub.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb./Oxu.az

Mənbə: yenisabah.az