İranda mərasim zamanı faciə - At insanların üzərinə atıldı + Video

İranda mərasim zamanı faciə - At insanların üzərinə atıldı + Video

İranın Mazandaran vilayətinin Amol şəhərində Məhərrəm ayı münasibətilə keçirilən mərasim zamanı faciə baş verib.

Bu haqda “Azad İran” teleqram kanalı məlumat yayıb.

Belə ki, Kərbəla hadisələrinin nümayiş olunduğu şəbeh mərasimində İmam Hüseynin atı rolunu oynayan heyvan tamaşaçıların üzərinə atılıb.

Hadisə nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər ağır yaralanıb. Yaralılardan üçünün vəziyyəti ağırdır.

Həmçinin, İmam Hüseyn rolunu oynayan aktyorun qolu və bir neçə qabırğası sınıb, vəziyyəti ağır olduğu üçün xəstəxanaya aparılıb.

Mənbə: qafqazinfo.az