Bu gün Nərimanov Rayon Məhkəməsində produser, aparıcı Tarix Əliyev barəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə iclası keçirilib.
Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilib.
Tarix Əliyevin vəkili Ramil Vəliyev bildirib ki, xüsusi ittiham qaydasında şikayət əsassız olmaqla yanaşı, həm də qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Tarix Əliyev tərəfindən şikayət vermiş şəxs təhqir edilməmiş, həmin şəxsin hər hansısa bir hüquqları pozulmamışdır.
Qeyd edək ki, Tarix Əliyev sosial şəbəkələrdən birindəki çıxışlarında məhbus ailələrini, xüsusilə də siyasi məhbus kimi tanınan şəxslərin ailələrini ağır şəkildə təhqir etmişdi.
Aydan Hacı
Mənbə: yenisabah.az