Rusiyanın 27 "Şahed" PUA-sı vuruldu

Rusiyanın 27 "Şahed" PUA-sı vuruldu

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Rusiyanın 27 "Şahed" zərbəı PUA-sını vurub.

Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunur ki, sentyabrın 19-na keçən gecə düşmən “Şahed-136/131” tipli hücum PUA-larından, həmçinin “İsgəndər-M” ballistik raketindən istifadə edib. Cənub-şərq istiqamətindən (Primorsko-Axtarsk-Rusiya Federasiyası) ümumilikdə 30 hücum PUA-nın buraxılışı qeydə alınıb.

“Cənub, mərkəzi və qərb rayonlarında 27 “Şahed” PUS-sı hava hücumundan müdafiə vasitələri ilə məhv edilib, həmçinin şərq istiqamətində əməliyyat-taktiki səviyyəli kəşfiyyat PUA-sı vurulub”, - məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, ruslar gecə saatlarında Krım ərazisindən Krivoy Roq istiqamətində 1 ədəd “İsgəndər-M” ballistik raketi buraxıb.

Qeyd olunur ki, düşmən hədəfləri məhv edilərkən yerə düşən PUA qalıqları Nikolayev vilayətindəki özəl müəssisələrdən birinin kənd təsərrüfatı texnikasına ziyan vurub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

"Düşmən müvəqqəti işğal olunmuş Krım ərazisindən "İsgəndər-M" ballistik raketindən istifadə etməklə gecə yarısı Krivoy Roqa raket zərbəsi endirib. Zərbə nəticəsində 4 mərtəbəli bina yanıb. Xilasedicilər yanğını söndürüblər. Partlayış dalğası üç hündürmərtəbəli binanın fasadlarına ziyan vurub", - deyə rayna Hava Hücumundan Müdafiə Qüvvələrinin məlumatında deyilir.

Mənbə: www.bakupost.az