Ukraynada Rusiyaya qarşı döyüşən soydaşımız HƏLAK OLDU – FOTO

Ukraynada Rusiyaya qarşı döyüşən soydaşımız HƏLAK OLDU –

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi, 1997-ci il təvəllüdlü Osmanov Tərlan Eyvaz oğlu Rusiyaya qarşı döyüşlərdə həlak olub. 

Bizim.Media xəbər verir ki, bu gün həmyerlimizlə vida mərasimi keçirilib. 

Qeyd edək ki, T. Osmanov Ukraynanın Donetsk vilayətinin Liman şəhəri ətrafında gedən döyüşlərdə aldığı yaralardan dünyasını dəyişib.

Əslən Azərbaycanın Bakı şəhərindən olan T.Osmanov pulemyotçu olaraq həmin döyüşdə son gülləsinə qədər döyüşərək mövqeyini tərk etməyib. 










 

Mənbə: bizim.media