Rusiyada xüsusi xidmət orqanları daha bir azərbaycanlını saxlayıb.
Bu barədə RBK məlumat yayıb.
Qeyd edilib ki, o, Sankt-Peterburq şəhərindəki evinə silahlı basqın edilərək tutulub.
32 yaşlı azərbaycanlının “Amurov Group” MMC-yə rəhbərlik etdiyi bildirilir. Mənbənin yazdığına görə, o, 46 milyon rubl (təxminən 587 min manat) məbləğində dələduzluqda şübhəli bilinir.
Polisin məlumatına görə, iş adamından axtarış zamanı 175 min rubl (2230 manat) və 500 dollar götürülüb.
Mənbə: qafqazinfo.az