Kliçko Rusiyanın dağıtdığı körpünün FOTOSUNU yaydı

Kliçko Rusiyanın dağıtdığı körpünün FOTOSUNU yaydı

Kiyev meri Vitali Kliçko Rusiya ordusunun Cənub körpüsünə zərbə endirməsindən sonra çəkilmiş görüntüləri paylaşıb.

Publika.az xəbər verir ki, o, şəkilləri “Telegram”da paylaşıb.

Kliçko yazıb: "Mütəxəssislər Cənub körpüsünə dəyən ziyanın miqyasını qiymətləndirirlər. Körpü hazırda nəqliyyatın hərəkəti üçün bağlıdır".

Ukrayna paytaxtının merinin sözlərinə görə, Osokorki və Krasnıy Xutor stansiyaları arasında qatar xidməti də dayandırılıb.

Müəllif: Tural

Mənbə: publika.az