Bu gün İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının Yəməndəki komandanı Əbdürrza Şəhlayinin öldürüldüyü bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə "Azad Iran" məlumat yayıb.
KİV-in məlumatına görə, Şəhlayi Yəmənin Hudeyda bölgəsinə endirilən hava zərbələri nəticəsində həlak olub. Hadisə zamanı onunla yanaşı daha dörd SEPAH üzvünün də öldürüldüyü açıqlanıb.
Əbdürrza Şəhlayi SEPAH-ın elit Qüds Qüvvələrinin Yəməndəki fəaliyyəti ilə əlaqələndirilən şəxslərdən biri hesab olunur. Onun öldürülməsi ilə bağlı hələlik İran rəsmiləri heç bir açıqlama verməyib.

Mənbə: musavat.com