Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin şimalında son 3 həftə ərzində həyata keçirdiyi “Ayı tələsi” adlı əməliyyatı nəticəsində 14 yaşayış məntəqəsinə və 204 kvadratkilometr əraziyə nəzarəti bərpa edib.
Bu barədə Ukraynanın UNİAN agentliyi Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatına istinadən məlumat yayıb.
ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu qeyd edib ki, Ukrayna ordusunun bu əməliyyatı Rusiya qüvvələrinin Xarkov vilayətində planlaşdırdığı mühasirə cəhdini dayandırıb və əvvəllər itirilmiş ərazilərə nəzarətin bərpasına şərait yaradıb.
Mənbə: www.aznews.az