Ötən gün həlak olan hərbçimizə şəhid statusu veriləcək - FOTO

Ötən gün həlak olan hərbçimizə şəhid statusu veriləcək -

Xəbər verdiymiz kimi, ötən gün təlim atışları zamanı həyatını itirən Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Saleh Kamal oğlu Xələfovun cənazəsi bu gün doğulduğu Quba rayonuna gətiriləcək.

Şəhid statusu veriləcək əsgərin cənazəsi Quba şəhərinin girəcəyində qarşılanmadan sonra ailəsinə təhvil veriləcək.

Daha sonra əsgər Saleh Xələfov Quba Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Mənbə: oxu.az