Bir neçə Rusiya hərbi təyyarəsi Yapon dənizi üzərində, Ullındo adası yaxınlığında Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.
Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Hadisədən sonra Cənubi Koreya Hərbi Hava Qüvvələri qırıcılarını havaya qaldırıb. Rusiya təyyarələri isə ərazini tərk edib. Bildirilib ki, ölkənin hava sərhədi pozulmayıb.
Bununla yanaşı, Cənubi Koreyanın Şimali Gyeongsang əyalətinin rəsmiləri Ullındo adasının sakinlərinə təxliyə ilə bağlı xəbərdarlıq göndəriblər. Bildirişdə təyyarələrin ehtimal ki, Şimali Koreyaya məxsus olduğu qeyd edilib. Lakin təxminən beş dəqiqə sonra həyəcan siqnalı ləğv olunub.
Mənbə: publika.az