Mürsəl İbrahimov onu rəis təyin etdi

Mürsəl İbrahimov onu rəis təyin etdi

Polkovnik-leytenant Eldar Nəbiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə rəis təyin edilib.

Unikal.az-a istinadən xəbər verilir ki, bu barədə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.

Qeyd edək ki, E.Nəbiyev bu təyinatadək SHXÇDX-nin Sabunçu rayon idarəsində həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi olub.

Mənbə: publika.az