Ukrayna Kurskda irəlilədi- Yeni gəlişmə

Ukrayna Kurskda irəlilədi-

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Qluşkovski rayonunda irəliləyib.

Bu barədə xarici KİV-ə istinadən xəbər verilir.

Sentyabrın 13-də yayılan geolokasiya görüntüləri göstərir ki, Ukrayna qüvvələri bu yaxınlarda Veselinin cənubuna (Qluşkovodan cənub-qərbdə və sərhəddən üç kilometr aralıda) irəliləyib.

Rusiya mənbələri iddia edir ki, Ukrayna Silahlı Qüvvələri Qluşkovonun cənub-qərbində Novı Put, Veseli və Medvejye (Veselinin şərqi) bölgələrində hücuma keçib.

Mənbə: www.musavat.com