“Neftçi”nin legioneri “Turan Tovuz”a qarşı OYNAMAYACAQ

“Neftçi”nin legioneri “Turan Tovuz”a qarşı

"Neftçi" Premyer Liqanın 8-ci turunun "Turan-Tovuz"la görüşünə daha bir itki ilə çıxacaq.
Bizim.Media xəbər verir ki, “ağ-qaralar” sabahkı matçda Andre Şinyaşikinin xidmətindən istifadə edə bilməyəcək.
Azərbaycan Premyer Liqasının 7-ci turunun “Zirə” ilə oyununda (1:1) zədələnən “Neftçi”nin vingerinin zədəsinin ciddi olduğu üzə çıxıb. Şinyaşiki zədə səbəbindən, Yuri Matias isə vərəqə cəzalısı olduğu üçün sabahkı görüşü buraxmalı olacaq.
“Turan-Tovuz” – “Neftçi” matçı sabah Tovuz şəhər stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq.

Mənbə: bizim.media