“Neftçi” rəhbərliyi Mutuya qışa qədər vaxt verdi

“Neftçi” rəhbərliyi Mutuya qışa qədər vaxt verdi

"Neftçi"də Adrian Mutunun işləri hələ ki, tam qaydasında getmir.

Bizim.Media xəbər verir ki, rumıniyalı mütəxəssisin gördüyü iş klub rəhbərliyini qane etmir. Sızan məlumatlara görə, 44 yaşlı mütəxəssisə nəticələri yaxşılaşdırmaq üçün qışa qədər vaxt verilib.

Qeyd edək ki, Mutu bu yaydan "ağ-qaralar"ı çalışdırır. O, paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Mənbə: bizim.media