“Ay-ulduzlular” DÇ-2026 öncəsi ilk oyuna çıxır

“Ay-ulduzlular” DÇ-2026 öncəsi ilk oyuna çıxır

DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası bu gün yoxlama oyunu keçirəcək.

"Ay-ulduzlular”ın rəqibi Şimali Makedoniya komandası olacaq.

İstanbulda “Şükrü Saracoğlu” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Türkiyə millisi mundiala hazırlıq çərçivəsində növbəti və sonuncu oyunda isə iyunun 7-də Venesuela millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə D qrupunda mübarizə aparacaq.

Mənbə: qafqazinfo.az