“Neftçi” bu futbolçuya görə “Sumqayıt”a kompensasiya ÖDƏMƏLİ OLACAQ

“Neftçi” bu futbolçuya görə “Sumqayıt”a kompensasiya

“Neftçi” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

Paytaxt klubu “Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadəni transfer etmək istəyir.

Hazırda adıçəkilən futbolçu ilə danışıqlar davam edir. “Sumqayıt”la 2027-ci ilə qədər müqaviləsi olan milli üzvünə görə “Neftçi” kompensasiya da ödəməli olacaq.

Qeyd edək ki, “Sumqayıt”ın yetirməsi olan Səbuhi Abdullazadə 2017-ci ildən əsas komandada çıxış edir.

Rəşad Rafiqoğlu

Mənbə: bizim.media