Millimiz FIFA reytinqində gerilədi

Millimiz FIFA reytinqində gerilədi

Azərbaycanın futbol üzrə milli komandası FIFA-nın yenilənmiş reytinq cədvəlində mövqeyini əldən verərək iki pillə geriyə düşüb.

Baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız hazırkı siyahıda 1132.00 xala malikdir və bununla da 126-cı pillədə qərarlaşıb.


Qeyd edək ki, yığmamız bu ay ərzində keçirdiyi yoldaşlıq görüşlərində fərqli nəticələr göstərib. Malta seçməsinə 0:2 hesabı ilə məğlub olan komandamız, San Marino üzərində isə 2:1 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, qlobal reytinq cədvəlinin zirvəsində 1877.27 xalla son dünya çempionu Argentina yığması möhkəmlənib. Siyahıda İspaniya (1874.71) ikinci, Fransa millisi (1870.70) isə üçüncü sırada yer alıb.

Mənbə: aktual.az