Neymar dünya çempionatının ilk turunda Braziliya millisinin Mərakeş qarşı keçirəcəyi oyunda iştirak etməyəcək.
Futbolçu hələ də zədəlidir.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın bərpa prosesi keçdiyini bildirib:
“Neymar mümkün qədər tez bərpa olunmaq üçün çox çalışır. Onun gələn həftə sağalaraq komandaya qoşulacağı gözlənilir”.
Qeyd edək ki, görüş iyunun 14-də keçiriləcək və Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.
Mənbə: qafqazinfo.az