Dünya çempionatında VAR-ın “səhv identifikasiya” qaydası işə düşdü

Dünya çempionatında VAR-ın “səhv identifikasiya” qaydası işə düşdü

Dünya çempionatları tarixində ilk dəfə VAR “səhv identifikasiya” qaydası ilə müdaxilə edib.

Qrup mərhələsində ABŞ — Paraqvay matçının ikinci hissəsində baş hakim Danny Makkelie amerikalıların kapitanı Tim Rimə Miquel Almironun əleyhinə törətdiyi faula görə sarı vərəqə göstərib.

Cərimə zərbəsinin icrasından əvvəl niderlandlı hakim VAR-dan siqnal alıb, təkrara baxıb və öz qərarını ləğv edib. Əvəzində Makkelie Paraqvay futbolçusuna simulyasiya etdiyinə görə sarı vərəqə göstərib.

Bu, dünya çempionatında VAR-ın “səhv identifikasiya” qaydası ilə müdaxilə etdiyi ilk hadisədir. Bu qayda hakimin hansı oyunçunun qayda pozuntusu törətdiyini səhv müəyyənləşdirdiyi halları düzəltməyə imkan verir.

Matç isə ABŞ yığmasının 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Mənbə: publika.az