"Qarabağ"dan ayrılan qapıçı Portuqaliya klubuna transfer oldu - FOTO

"Qarabağ"dan ayrılan qapıçı Portuqaliya klubuna transfer oldu - FOTO

Bu yaxınlarda "Qarabağ" klubu ilə yollarını ayıran qapıçı Fabiyan Buntiçin karyerasını harada davam etdirəcəyinə aydınlıq gəlib.

Xorvatiyalı qolkiper Portuqaliyanın 2-ci liqasında çıxış edən "Farense" klubuna transfer olub.

Klub rəhbərliyi yeni transferini ictimaiyyətə və azarkeşlərə təqdim edərək, "Xoş gəldin, Buntiç!" - deyə xüsusi mesaj paylaşıb.

Xatırladaq ki, Fabiyan Buntiç 2024-cü ildə "Qarabağ" klubuna Almaniyanın "İnqolştadt" komandasından transfer edilmişdi.

Mənbə: oxu.az