“Mançester Yunayted”in əfsanəvi futbolçusu Ueyn Runi 2026-cı il dünya çempionatında kimin oyununun onu həqiqətən heyran etdiyini açıqlayıb.
İngilisin sözləri “Goal” tərəfindən yayılıb.
O, İspaniya millisinin hücumçusu Lamin Yamalın oyununu yüksək qiymətləndirib. Keçmiş hücumçu etiraf edib ki, ispaniyalı oyunçunun meydandakı oyunlarından estetik zövq alır.
“Mən ona çox heyranam, o, məni gülümsədir. O, oyundan, prosesdən zövq alır. İspaniya milli komandasında çoxlu gənc oyunçu var və o, onlara özünəinam verir. Onlar 16 yaşında olanda heyətdə onunla birlikdə Avropa çempionatını qazanmışdılar. İndi o, tamamilə böyüyüb – 18 yaşında olduğunu nəzərə alsaq, bu, inanılmaz səslənir. Amma o, komandadakı hər bir oyunçuya bu Dünya Kubokunu qazana biləcəklərinə inam verir.
Digər oyunçuların özlərini daha rahat hiss etmələrinə kömək etmək qabiliyyəti 18 yaşlı bir oyunçu üçün inanılmazdır. O, daim geri çəkilir və komandaya müdafiədə kömək edir. Bu, bütün komandaya təsir edir. Oyunçular ona baxıb düşünürlər ki, arxada super ulduz müdafiə olunur. Bu o deməkdir ki, hər kəs eyni şeyi etməlidir”, – deyə Runi bildirib.
Müəllif: Tural
Mənbə: publika.az