DÇ-2026: Türkiyə millisi şərəf qələbəsi qazansa da, qrupdan pley-offa çıxmayan yeganə komanda oldu - VİDEO

DÇ-2026: Türkiyə millisi şərəf qələbəsi qazansa da, qrupdan pley-offa çıxmayan yeganə komanda oldu - VİDEO
Futbol üzrə dünya çempionatında (DÇ-2026) D qrupunun oyunları yekunlaşıb.
Son turda Paraqvay millisi Avstraliya ilə, Türkiyə millisi isə ABŞ ilə qarşılaşıblar.

San-Fransiskoda "Levi's Stadium"da baş tutan Paraqvay - Avstraliya oyunu gözlənildiyi kimi, qolsuz bərabərliklə başa çatıb. Belə ki, bu hesab hər iki komandaya pley-offa çıxmağa yetərli olub.

Qrupun digər oyununda isə pley-offa çıxmaq şansını itirmiş Türkiyə millisi Los-Ancelesdə "SoFi Stadium"da ev sahiblərini, artıq pley-offu iki turdan sonra təmin etmiş ABŞ millisi ilə görüşüb. Gərgin mübarizə şəraitində keçən oyunda "ay-ulduzlu"lar şərəf qələbəsi qazanıblar.

Oyunda amerikalılar erkən qola imza atıblar - 3-cü dəqiqədə Trasti hesabı açıb. Bu qoldan sonra toparlanan türklər əvvəlcə Arda Gülerin qolu ilə hesabı bərabərləşdiriblər, daha sonra isə Barış Alper Yılmazın qolu ilə fasiləyə öndə yollanıblar.

Amma ikinci hissə başlayan kimi amerikalılar hesabı bərabərləşdiriblər- Berholter adını tabloya yazıb. Gərgin mübarizə və qarşılıqlı hücumlar şəraitində keçən oyunda nöqtəni son saniyələrdə Kaan Ayhan qoyub. Beləliklə, Türkiyə millisi son oyunda şərəf qələbəsi qazanıb.

Bu oyunlardan sonra D qrupundan Türkiyə millisindən başqa digər komandalar pley-offa vəsiqə qazanıblar - ABŞ millisi birinci yerdən (6 xal), Avstraliya millisi daha yaxşı top fərqinə görə ikinci yerdən (4 xal), Paraqvay isə 3-cü yerdən (4 xal). Son pilləni isə 3 xalla Türkiyə millisi tutub.

Mənbə: oxu.az