“Trabzonspor” qapıçı Andre Onananın icarəsi üçün “Mançester Yunayted”lə razılığa gəlib.
Jurnalist Yağız Sabunçuoğlunun sosial media hesabında verdiyi məlumata görə, 30 yaşlı kamerunlu futbolçunun vəkili hazırda rəsmi imzalanma üçün təqdim edilən müqaviləni nəzərdən keçirir.
Müqavilənin lazımi araşdırmaların başa çatmasından qısa müddət sonra bağlanması gözlənilir. Onana 2023-cü ilin yayında “İnter”dən 52,5 milyon avroya “Mançester Yunayted”ə keçib. Qapıçının İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir və daha bir il müddətinə müqavilə bağlamaq hüququ var. O, 2025/2026 mövsümünü “Trabzonspor”da icarə əsasında keçirib, 33 oyun keçirib, 40 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb.
Mənbə: publika.az