Dünya çempionatında yeni rekord: Vurulan qolların sayı 177-yə çatdı

Dünya çempionatında yeni rekord: Vurulan qolların sayı 177-yə çatdı
ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı bir turnir ərzində vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Hazırda davam edən mundialda ümumilikdə 177 dəfə fərqlənmək mümkün olub. Xatırladaq ki, bundan əvvəlki ən yüksək göstərici 2022-ci ildə Qətərdə təşkil edilən dünya çempionatında (172 qol) qeydə alınıb.

Dünya birinciliyi hazırda Kanada, ABŞ və Meksikada davam edir. Tarixdə ilk dəfə 48 milli komandanın mübarizə apardığı yarışa iyulun 19-da yekun vurulacaq. Qaydalara əsasən, hər qrupdan ilk iki yeri tutan kollektivlər, eləcə də üçüncü pillədə qərarlaşan ən yaxşı səkkiz yığma pley-off mərhələsinə vəsiqə qazanır.

Turnirin son qalibi isə Argentina seçməsidir.

Mənbə: oxu.az