Futbol əvvəlki gözəlliyini itirib - Romario

Futbol əvvəlki gözəlliyini itirib - Romario

Braziliya millisinin keçmiş hücumçusu Romario müasir futboldakı dəyişikliklərdən danışıb.

1994-cü il Dünya Kubokunun qalibi müasir futbolda texnikanın mövqeyini itirdiyini bildirib.

“Müasir futbol mənim dövrümdəkindən çox fərqlidir. Bu gün fiziki hazırlıq texnikadan daha vacib rol oynayır. Buna görə də artıq əvvəllər gördüyümüz gözəlliyi görmürük. O vaxtlar texniki cəhətdən daha bacarıqlı oyunçular var idi; onlar futbolu daha gözəl və möhtəşəm edirdilər”, – deyə Romario bildirib.

Mənbə: publika.az