ABŞ, Meksika və Kanadanın 2026-cı il Dünya Kubokuna ev sahibliyini rəsmi olaraq qazandığı gün Dieqo Maradonanın dediyi sözlər yenidən gündəm olub.
Həmin gün Maradona Amerikanın idmana yanaşmasını lağa qoymuşdu. Argentinalı əfsanəvi futbolçu zarafatla demişdi:
"Amerikalılar, yəqin ki, hər biri 25 dəqiqədən ibarət dörd hissə istəyəcəklər. Biz 100 dəqiqə oynamalıyıq".
Dieqo ABŞ-ın NHL və ya NBA-dakı kimi reklam fasilələrinə meylliliyinə işarə etmişdi.
Maradonanın dedikləri böyük ölçüdə təsdiqini tapıb. Oyunlar zamanı verilən su fasilələrini nəzərə alsaq, komandalar demək olar ki, 4 hissə oynayırlar. Əlavə edilmiş dəqiqələr isə oyun vaxtını 100 dəqiqəyə qədər uzadır.
Müəllif: Tural
Mənbə: publika.az