Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən "Lapua" Avropa Kubokunda növbəti qızıl medalını qazanıb.
Bu barədə Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib.
Bildirilib ki, o, bu dəfə 25 metr standart tapança yarışında 571 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Xatırladaq ki, Ruslan ötən gün 25 metr məsafəyə atəşaçma yarışında bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanmışdı.
Mənbə: yenisabah.az