Misli Premyer Liqasında XIII turun oyunları davam edir.
Bu gün “Turan Tovuz” doğma meydanda “Kəpəz”i qəbul edib.
Tovuz şəhərində keçirilən və baş hakim İnqilab Məmmədovun idarə etdiyi “Qərb derbisi” meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tovuz təmsilçisinə qələbə qazandıran qolu matçın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Joarlem Santos vurub.
Misli Premyer Liqası
XIII tur
28 noyabr
“Turan Tovuz” – “Kəpəz” 2:1
Qollar: Hayderson Hurtado, 72, Joarlem Santos, 90+1 – Şakir Seyidov, 84 (pen.).
Mənbə: qafqazinfo.az