Futbol üzrə dünya çempionatında İspaniya Fransanı məğlub edərək finala yüksələn ilk komanda olub.
Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar 2:0 hesablı qələbəyə seviniblər.
Qolları Mikel Oyarsabal (22) və Pedro Porro (58) vurublar.
İspaniya yığmasının həlledici mərhələdəki rəqibi İngiltərə - Argentina matçının qalibi olacaq. Fransa isə üçüncü yer uğrunda görüşdə sözügedən cütün məğlubu ilə üz-üzə gələcək.
xxx
00:15
Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyununda ikinci qol vurulub.
Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 2:0.
58-ci dəqiqədə Pedro Porro fəqlənib.
xxx
23:24
Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyununda ilk qol vurulub.
Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar hesabda irəli çıxıblar - 1:0.
22-ci dəqiqədə Mikel Oyarsabal penalti zərbəsini dəqiq yerinə yetirib.
23:00
xxx
23:00
Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyunu başlayıb.
Yarımfinal mərhələsinin matçı Dallas stadionunda keçirilir.
Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.
Mənbə: publika.az