Messinin iki ötürməsi ilə Argentina finala vəsiqə qazandı – VİDEO

Messinin iki ötürməsi ilə Argentina finala vəsiqə qazandı – VİDEO

ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

Finala gedən yolda son dünya çempionu Argentina millisi İngiltərə yığması ilə qarşılaşıb. “Mersedes Bens” stadionunda təşkil olunan görüş Cənubi Amerika təmsilçisinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 55-ci dəqiqədə İngiltərə millisinin heyətində Antoni Qordon açıb. Argentinalılar əvvəlcə 85-ci dəqiqədə Enzo Fernandesin uzaq məsafədən vurduğu baxımlı qolla tarazlığı bərpa ediblər. Qələbə qolunun müəllifi isə Lautaro Martines olub.

Xatırladaq ki, hər iki qolun ötürməsini ABŞ-ın "İnter Mayami" komandasının hücumçusu Lionel Messi verib.

Beləliklə, Argentina millisi finalda İspaniyanın rəqibi olacaq. DÇ-2026-nın həlledici oyunu iyulun 19-da baş tutacaq.


Bizim.Media

Mənbə: bizim.media