Hücumçu Məhəmməd Salah karyerasını harada davam etdirəcəyinə qərar verib.
“Foot Mercato”nun məlumatına görə, 34 yaşlı misirli futbolçu “Beşiktaş”la razılığa gəlib.
Salah 2026/2027 mövsümü üçün müqavilə imzalayacaq və daha bir il uzatmaq hüququ olacaq. Misirli futbolçunun maaşı mövsüm başına 10 milyon avro olacaq, müqaviləyə bonus olaraq əlavə 2 milyon avro daxil ediləcək.
Bundan əlavə, hazırda İstanbulda olan Salahın agenti forma satışından da bonus almaq üçün danışıqları davam etdirir.
“Beşiktaş” ötən mövsüm Türkiyə liqasında dördüncü yeri tutub və Avropa Liqasına vəsiqə qazanıb.
Mənbə: publika.az