Azərbaycanlı güləşçilər Ermənistanda 6 medal qazandı - Foto

Azərbaycanlı güləşçilər Ermənistanda 6 medal qazandı -

Ermənistanda keçirilən Avropa çempionatında deflimpiyaçı güləşçilərimiz 6 medal qazandılar.

Ermənistanın Tsaxkadzor şəhərində eşitmə qabiliyyəti məhdud idmançılar arasında 25 noyabr - 1 dekabr 2026-cı il tarixlərində keçirilən Avropa çempionatında Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov və şöbə müdiri Heydər Rəhimlinin müşayiəti, yığmanın baş məşqçisi İslam Cəfərov və köməkçi məşqçi Hüseyn Hüseynovun rəhbərliyi altında çempionatda 6 idmançı ilə təmsil olunan komandamız uğurlu nəticə ilə yadda qalıb.

Böyüklər arasında keçirilən yarışda Kənan Allahverdiyev (60 kq) və Tuncay İbrahimzadə (77 kq) gümüş, Murad Cəfərov (55 kq) isə bürünc medal əldə edib.

Ceyhun İsazadə iki yaş kateqoriyasında uğurla çıxış edib. O, gənclər arasında 60 kq, böyüklər arasında isə 63 kq çəki dərəcəsində bürünc medala sahib olub. İslam Rzayev (130 kq) isə gənclər arasında keçirilən yarışda gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan təmsilçiləri Avropa çempionatını 3 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 6 medalla başa vurublar.

Azərbaycanlı güləşçilər Ermənistanda 6 medal qazandı - Foto - foto 1
Azərbaycanlı güləşçilər Ermənistanda 6 medal qazandı - Foto - foto 2
Azərbaycanlı güləşçilər Ermənistanda 6 medal qazandı - Foto - foto 3

Mənbə: bizim.media