“Qarabağ”ın biletləri satışa çıxarılır - Bu gün

“Qarabağ”ın biletləri satışa çıxarılır - Bu gün

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” -“CSKA Sofia” qarşılaşmasının biletləri bu gün satışa çıxarılacaq.

Klubun məlumatına istinadən xəbər verilir ki, saat 15:00-dan etibarən biletlərin satışı aktivləşəcək.

Qeyd edək ki, oyun 23 iyul Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.

Mənbə: konkret.az