Əgər İspaniya Dünya Kubokunu qazansa... - Kukurellanın planı

Əgər İspaniya Dünya Kubokunu qazansa... - Kukurellanın planı

“Real Madrid” və İspaniya millisinin məşhur müdafiəçisi Mark Kukurella 2026-cı il Dünya Kubokunu qazanacağı təqdirdə milli komandadan ayrılacağını açıqlayıb.

Kukrellanın sözləri “Madrid Xtra” tərəfindən sitat gətirilib.

“Əgər İspaniya Dünya Kubokunu qazansa, ertəsi gün Luis de la Fuente ilə əlaqə saxlayıb milli komandadan ayrılacağam. Avropa və Dünya Kubokları ilə bağlı bundan artıq heç nə istəyə bilmərəm”, – müdafiəçi bildirib.

Kukurella İspaniya millisində debütünü 2021-ci ildə edib və o vaxtdan bəri 31 oyunda meydana çıxıb və bir qol vurub. 27 yaşlı müdafiəçi artıq İspaniya ilə 2024-cü il Avropa Çempionatının qalibi olub.

Mənbə: publika.az