ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının yarımfinalında Argentina yığmasına məğlubiyyətdən sonra İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin taktiki qərarlarını tənqid atəşinə tutub.
Bu barədə məlumatı "Çempionat" portalı yayıb.
Tramp İngiltərə millisinin kapitanı ilə yaxın münasibətlərindən söz açaraq baş məşqçinin səhvə yol verdiyini qeyd edib:
"İngiltərənin heyətində birlikdə qolf oynadığım əla bir futbolçu var – bu, Keyndir. Hesab edirəm ki, onlar Keyni müdafiəyə çəkməklə böyük səhvə yol verdilər. Amma təbii ki, mən futboldan nə anlayıram? Hesabda önə keçdilər, sonra isə komandanın ən yaxşı oyunçusunu götürüb müdafiəyə qoydular".
Xatırladaq ki, dünya çempionatının yarımfinal qarşılaşmasında Argentina İngiltərəni 2:1 hesabı ilə məğlub edib.
Matçın 55-ci dəqiqəsində Entoni Qordon Rocersin ötürməsini qola çevirərək ingilisləri önə keçirib. Lakin 85-ci dəqiqədə Entso Fernandes uzaq məsafədən vurduğu güclü zərbə ilə tarazlığı bərpa edib.
Argentinaya qələbə qazandıran qolu isə 90+2-ci dəqiqədə künc zərbəsindən sonra Lautaro Martines vurub.
İyulun 19-da Nyu-Yorkda keçiriləcək final matçında Argentina millisi, digər yarımfinalda Fransanı 2:0 hesabı ilə üstələyən İspaniya yığması ilə qarşılaşacaq.
Mənbə: bizim.media