“Bu final futbol tanrılarının bir lütfüdür”

“Bu final futbol tanrılarının bir lütfüdür”

FİFA prezidenti Canni İnfantino qarşıdan gələn 2026-cı il Dünya Çempionatının finalını şərh edərək, onu futbol tanrılarının bir lütfü adlandırıb.

Bu haqda “Marca” məlumat yayıb.

“Bu final futbol tanrılarının bir lütfüdür. Messi, Lamin Yamal və bir çox digər görkəmli oyunçular orada olacaqlar. Bu, inanılmazdır. Bunlar ən yaxşı iki komandadır. Onlar bu finaldakı yerlərini öz əməkləri ilə qazanıblar və fövqəladə oyun nümayiş etdiriblər”, - deyə İnfantino bildirib.

Qeyd edək ki, İspaniya və Argentina arasında keçiriləcək Dünya Çempionatının finalı 19 iyul tarixində ABŞ-nin İst-Raterford şəhərindəki “MetLife” stadionunda baş tutacaq.

Mənbə: qafqazinfo.az